Əsas səhifə Haqqımızda Xəbər lenti

Məşhur ev inanılmaz məbləğə satıldı

Məşhur ev inanılmaz məbləğə satıldı

Dünyanın qabaqcıl hərrac şirkəti “Sotheby's” Londondakı evlərindən birini satışa çıxarıb. AYNA xəbər verir ki, BBC-də yer alan məlumata əsasən, baş ofisi Nyu-Yorkda yeləşən “Sotheby's” şirkətinin Londondakı hərracları təşkil edildiyi ev fransız milyarder Patrich Drahi tərəfindən 3.7 milyard dollara satın alınıb.

 

İncəsənət kolleksioneri olan P.Drahi telekommunikasiya qrupu “Altice”nin qurucusudur.

 

Fransız milyarder hərrac evini satın almaqdan məmnunluq duyğunu qeyd edib: ““Sotheby's” dünyada ən prestijli hərrac şirkətlərindən biridir. Mən bu şirkətin hərrac evini satın aldığım üçün çox məmnunam. Şirkətin biznes strategiyası ilə bağlı heç bir dəyişiklik etməyəcəyəm”.

 

Qeyd edək ki, 1744-cü ildə qurulan “Sotheby's” şirkətinin bu gün dünyada 80 ofisi var.

19 İyun 2019 07:23
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin