Əsas səhifə Haqqımızda Xəbər lenti

Ağdamda 75 yaşlı qadın düşmən gülləsindən öldü

Ağdamda 75 yaşlı qadın düşmən gülləsindən öldü

Ermənilərin mülki əhaliyi atəşə tutması davam edir

 

İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki, rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda, evə külli miqdarda ziyan dəyıb.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az      7 Oktyabr 2020 13:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin