Azərbaycan neftinin qiyməti isə bahalaşır

Azərbaycan neftinin qiyməti isə bahalaşır

Dünya birjalarında neft qiymətləri dəyişib

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar geriləyərək 42,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,61 dollar ucuzlaşaraq 40,06 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,01 dollar artaraq 41,48 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      7 Oktyabr 2020 10:58
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin