Əsas səhifə Haqqımızda Xəbər lenti

“Minsk Qrupunun formatı dəyişdirilməlidir” - DEPUTAT

“Minsk Qrupunun formatı dəyişdirilməlidir” -     DEPUTAT

Səməd Seyidov: Bəzi dövlət başçıları Roma papasından daha çox katolik olmağa cəhd edir”

 

Milli Məclisin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri, deputat Səməd Seyidov cəbhədə baş verən hadisələrə münasibət bildirib. AYNA-nın xəbərinə görə, millət vəkili deyib ki, BMT-nin 4 qətnaməsinin icra olunması beynəlxalq təşkilatların öhdəliyi idi: “Amma parodoksal şəkildə BMT ötən gün öz qətnamələrinin icrası üçün bəyanatla çıxış ediblər”.

 

Seyidovun qeyd edib ki, erməni işğalçılarının Azərbaycandan çəkilməsi danışıqlar prosesinin əsas şərtidir.

 

“ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün həmsədrlər səviyyəsində deyil, 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Artıq bəzi dövlət başçıları Roma papasından daha çox katolik olmağa cəhd edir. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir. Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir”, - deyə deputat vurğulayıb.

 

Millət vəkilinin sözlərinə görə, hadisələr göstərir ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Bu ölkə Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır. Ən əsası isə Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq”.

Müəllif: Ayna.az      2 Oktyabr 2020 11:33
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin