Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı Şəhəri Təhsil İdarəsinə ötən ay 6 min 814 müraciət daxil olub

Bakı Şəhəri Təhsil İdarəsinə ötən ay 6 min 814 müraciət daxil olub

Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub

 

2020-ci ilin sentyabr ayı ərzində Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) edilən zənglər, həmçinin BŞTİ-yə daxil olan sənəd və elektron müraciətlərlə bağlı statistika açıqlanıb.

 

Bu barədə AYNA-ya Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə 6 min 814 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 min 340 zəng qəbul edilib. Ötən ay 3 min 543 sənəd (vətəndaşlar tərəfindən 1 396 ərizə, Təhsil Nazirliyindən 431, digər qurumlardan 206, məktəblərdən 1 245 məktub, 39 strukturdaxili yazışma və 226 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 931 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyatı, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

 

Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, BŞTİ-də vətəndaş qəbulu noyabrın 2-dək dayandırılıb.

Müəllif: Ayna.az      2 Oktyabr 2020 11:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin