Əsas səhifə Haqqımızda Xəbər lenti

Gorusdan Azərbaycan əraziləri atəşə tutulur

Gorusdan Azərbaycan əraziləri atəşə tutulur

Ölən və yaralananlar var

 

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, mülki əhali arasında ölən və yaralananlar var. Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var: “Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”.

Müəllif: Ayna.az      2 Oktyabr 2020 10:55
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin