Əsas səhifə Haqqımızda Xəbər lenti

Trampın məsləhətçisində koronavirus aşkarlanıb

Trampın məsləhətçisində koronavirus aşkarlanıb

Ağ Evdə artıq bir neçə nəfərin koronavirusa yoluxması təsbit edilib

 

ABŞ prezidenti Donald Trampın məsləhətçisi Xoup Xiksə COVID-19 diaqnozu qoyulub.

 

AYNA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.

 

Məlumata görə, ABŞ liderinin ən yaxın köməkçilərindən olan Xiks çərşənbə axşamı Klivlendə müzakirələrə səfər zamanı, habelə Minnesota ştatında mitinqdə onu müşayiət edib. Ancaq mənbələr qeyd edib ki, Ağ Ev başçısının koronavirusa yoluxub-yoluxmaması ilə bağlı hər hansı xəbər yoxdur.

 

Agentliyin məlumatına görə, Trampın mətbuat katibinin müavini Djadd Dir Xiksdə koronavirusun aşkarlanması informasiyasını şərh edərək bildirib ki, Ağ Evdə həmişə koronavirusun yayılmasına qarşı ehtiyat tədbirləri üzrə bütün tövsiyələrə necə riayət olunmasını izləyirlər.

 

Ağ Evdə artıq bir neçə nəfərin koronavirusa yoluxması təsbit edilib. Lakin həmin şəxslər sağalaraq iş yerlərinə qayıdıblar.

Müəllif: Ayna.az      2 Oktyabr 2020 08:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin