Əsas səhifə Haqqımızda Xəbər lenti

Lavrovla Çavuşoğlu arasında telefon danışığı olub

Lavrovla Çavuşoğlu arasında telefon danışığı olub

Lavrovla Çavuşoğlu Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

 

Rusiya və Türkiyənin Xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlunun telefon danışığı olub.

 

AYNA xəbər verir ki, XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bölgədəki vəziyyətdən ciddi narahatlıqlarını ifadə edən nazirlər digər bölgələrdən olan qanunsuz silahlı birləşmələrin münaqişəyə cəlb edilməsinin yolverilməz olduğunu qeyd ediblər. 

 

Telefon danışığı zamanı Bakı və İrəvana siyasi və diplomatik yardım göstərilməsi baxımından son dərəcə balanslı addımların atılmasının vacibliyi vurğulanıb. Lavrovla Çavuşoğlu vəziyyəti sabitləşdirmək üçün Rusiya və Türkiyənin sıx əlaqədə addımlar atmağa hazır olduğunu bildiriblər.

Müəllif: Ayna.az      1 Oktyabr 2020 22:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin