Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir” - XİN

“Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir” -       XİN

Xarici İşlər Nazirliyi açıqlama yayıb 

 

"Rusiya XİN-in Informasiya və Mətbuat Departamentinin münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub". 

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin mətbuata açıqlamasında deyilir:

 

"Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib.

 

Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir".

Müəllif: Ayna.az      1 Oktyabr 2020 03:12
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin