Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub

Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub

Fikrət Məmmədov türkiyəli həmkarına dərin təşəkkürünü bildirib

 

Sentyabrın 30-da Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün təşəbbüsü ilə Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub.

 

Bu barədə AYNA-ya Ədliyyə Nazirliyindən bildirilib.

 

Danışıq zamanı A.Gül dost və qardaş Azərbaycana qarşı Ermənistanın törətdiyi hərbi təxribatı qınadığını, bu təxribatlar qarşısında Türkiyənin ölkəmizin və xalqımızın haqq davasında yanında olduğunu, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarının hər platformada yorulmaz dəstəkçisi və müdafiəçisi olduğunu vurğulayıb.

 

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Türkiyə dövlətinin, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının qətiyyətli qardaşlıq mövqeyini vurğulayaraq, Azərbaycanı birmənalı dəstəklədiyinə görə türkiyəli həmkarına dərin təşəkkürünü bildirib, bu dəstəyin "bir millət, iki dövlət" kəlamının yalnız sözdə deyil, real əməllərlə həyata keçirilməsinin əyani təzahürü olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və xalqımız üçün həqiqət anı olan bu günlərdə Türkiyə, hər zaman olduğu kimi, Azərbaycanın yanındadır.

 

Söhbət zamanı həmçinin, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Müəllif: Ayna.az      30 Sentyabr 2020 21:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin