Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev Küveyt Əmirinə başsağlığı verib

İlham Əliyev Küveyt Əmirinə başsağlığı verib

Dövlət başçısı: "Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbəri məni olduqca kədərləndirdi"

 

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı verib.

 

AYNA xəbər verir ki, başsağlığında bildirilir: “Əlahəzrət, böyük qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Küveyt xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

Allah rəhmət eləsin!”.

Müəllif: Ayna.az      30 Sentyabr 2020 20:48
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin