Əsas səhifə Haqqımızda Xəbər lenti

Övladlığa götürülmüş uşaqların təhsil haqlarını dövlət ödəyəcək

Övladlığa götürülmüş uşaqların təhsil haqlarını dövlət ödəyəcək

Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığa götürüldükdə də saxlanacaq. AYNA xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" və”Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanunvericiliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Layihəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Müəllif: Ayna.az      30 Sentyabr 2020 13:35
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin