Əsas səhifə Haqqımızda Xəbər lenti

"Liverpul"un yeni transferi koronavirusa yoluxub

"Liverpul"un yeni transferi koronavirusa yoluxub

Alkantara özünütəcrid rejimində qalacaq

 

İngiltərə "Liverpul"unun futbolçusu Tyaqo Alkantara koronavirusa yoluxub. 

 

AYNA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi tibbi tövsiyələrə uyğun olaraq karantinə göndərilib. 

 

"Qırmızılar" gələcəkdə də COVID-19 ilə əlaqədar bütün protokollara əməl etməyi planlaşdırır. Alkantaranın özünütəcrid rejimində lazım olduğu qədər qalacağı vurğulanıb. 

 

Qeyd edək ki, Tyaqo Alkantara "Liverpul"a sentyabrın 18-də Almaniya "Bavariya"sından 20 milyon avroya keçib.

Müəllif: Ayna.az      30 Sentyabr 2020 02:16
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin