Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiyalı deputatlar Qarabağla bağlı bəyanat verib

Rusiyalı deputatlar Qarabağla bağlı bəyanat verib

Rusiyalı deputatlar Qarabağla bağlı bəyanat veriblər

 

Rusiyanın Dövlət Dumasının bu gün keçirilən iclasında Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. AYNA xarici mediaya istinadən bildirir ki, parlamentarilər müzakirədən sonra bəyanat qəbul ediblər.

 

Bəyanatda Rusiya deputatları tərəfləri danışıqlara qayıtmağa səsləyib və vəziyyəti sabitləşdirmək üçün vasitəçi olmağa hazır olduqlarını bildiriblər.

 

“Dövlət Duması dərhal atəşkəsə ehtiyac olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısını alınmasını və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını bildirir. Deputatlar tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırır və vəziyyəti sabitləşdirmək üçün vasitəçilik köməyi göstərməyə hazırdır”, - deyə sənəddə vurğulanıb.

 

Deputatlar açıqlamalarında çoxsaylı insan tələfatına səbəb olan vəziyyətin kəskin şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər. 

Müəllif: Ayna.az      29 Sentyabr 2020 14:28
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin