Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 7-də 58,81 dollar/barel təşkil edib. AYNA Trend.az-a istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 3,51 dollar/barel azdır.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,51 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,5 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 55,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 3,55 dollar/barel azdır. 

Müəllif: Ayna.az      9 Avqust 2019 03:37
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin