Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qələbə xəbərini bu studiyadan verməyi arzu edirəm” – İbrahim Nəbioğlu

“Qələbə xəbərini bu studiyadan verməyi arzu edirəm” –       İbrahim Nəbioğlu

Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu İbrahim Nəbioğlu “Haber Global”da Qarabağdan danışıb

 

Tanınmış yazar, publisist, Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu İbrahim Nəbioğlu Türkiyənin məşhur “Haber Global” televiziya kanalının canlı yayımına çıxıb. AYNA-nın xəbərinə görə, ölkənin ən tanınmış TV proqramçısı Saynur Tezelin qonağı olan İbrahim Nəbioğlu Azərbaycanın Milli Davası olan Qarabağ hərəkatı, onun perspektivləri və dünyada yaratdığı rezonans haqda suallara cavab verib.

 

Bir saatdan çox davam edən proqramda Azərbaycan-Türkiyə münasibətləri, qardaş ölkənin xalqımıza göstərdiyi dəstək, erməni işğalçılarının terrorist fəaliyyətləri, Milli Ordumuzun göstərdiyi şücaət haqda fikir mübadiləsi edilmiş, Türkiyə rəhəbərliyinin mənəvi dəstəyinin əvəzolunmaz rolu müzakirə edilib.

 

Proqramda Türkiyə və Azərbaycan prezidentlərinin son günlər ərzində verdikləri bəyənatlar efirə verilib, onların qərarlı addımları ilə dönməz mövqeləri Qarabağın terrorist tör-töküntülərindən birdəfəlik təmizlənməsi dilə gətirilib.

 

Proqramın davamında keçmiş millət vəkili, tanınmış ictimai xadim Sinan Oğan və məşhur jurnalist Güngör Yavuz Aslan Azırbaycan xalqının haqlı davasından danışaraq, qələbənin Azərbaycan xalqında olacağına əminliklərini ifadə ediblər.

Müəllif: Ayna.az      29 Sentyabr 2020 12:54
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin