Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni gülləsindən həlak olan mülkilərimizin sayı açıqlanıb

Erməni gülləsindən həlak olan mülkilərimizin sayı açıqlanıb

“Ölən və yaralananlar arasında yeniyetmələr var”

 

27 sentyabrda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təcavüzə əl atıblar. Davam edən döyüşlər nəticəsində 10 mülki şəxs həlak olub. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyində keçirilən brifinqdə nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

 

Onun sözlərinə görə, 30 nəfər yaralanıb: “Ölən və yaralananlar arasında yeniyetmələr var”.

 

“Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti təcavüzə atıb. Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan rayonları Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, mülki əhalini və mülki infrastrukturu bilərək nişan alır və atəş açır”, - deyə Abdullayeva vurğulayıb.

Müəllif: Ayna.az      29 Sentyabr 2020 12:45
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin