Əsas səhifə Haqqımızda Xəbər lenti

Kremldən növbəti Qarabağ AÇIQLAMASI

Kremldən növbəti Qarabağ         AÇIQLAMASI

Peskov: “Ehtiyac olarsa Putinlə Əliyevin danışıqları baş tutacaq”

 

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov cəbhədə baş verən toqquşmalarla bağlı açıqlama verib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, Peskov ehtiyac yaranarsa, Rusiya Prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlarının baş tutacağını deyib.

 

Kreml rəsmisi xatırladıb ki, dünən Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında telefon danışığı olub: “Ölkə rəhbərləri Dağlıq Qarabağda eskalasiyanın qarşısını almaq üçün hər cür səy göstərməyin vacibliyini qeyd ediblər. Ehtiyac olarsa, əlbəttə ki, Azərbaycan Prezidenti ilə danışıqlar reallaşacaq. Lakin bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan etibarən Rusiya Xarici İşlər naziri Sergey Lavrov, şəxsən, Bakıdakı və İrəvandakı həmkarları ilə davamlı olaraq təmas saxlayıb”.

 

“İndi Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsində kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirməyin zamanı deyil. Əsas məsələ hərbi əməliyyatları dayandırmaqdır”, - deyə Peskov söyləyib.

Müəllif: Ayna.az      28 Sentyabr 2020 17:46
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin