Əsas səhifə Haqqımızda Xəbər lenti

Ərdoğan: “Həmsədrlər indi ağıl verirlər”

Ərdoğan: “Həmsədrlər indi ağıl verirlər”

Türkiyə Prezidenti: “Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir”

 

“ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər”. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər, Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındadır. Bunu hamınız qəbul etmisiniz axı”, - deyə Ərdoğan vurğulayıb.

Müəllif: Ayna.az      28 Sentyabr 2020 15:50
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin