Əsas səhifə Haqqımızda Xəbər lenti

Trampdan Qarabağdakı gərginliyə MÜNASİBƏT

Trampdan Qarabağdakı gərginliyə     MÜNASİBƏT

Abş Prezidenti: “Baxaq, atəşi dayandırmağa nail ola bilərikmi?”

 

Rəsmi Vaşinqton Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat toplayır və tərəflərin döyüş əməliyyatlarına son qoymalarına nail olub-olmayacaqlarını araşdırır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

 

Tramp Dağlıq Qarabağdakı hadisələr barədə ona məlumat verildiyini vurğulayıb: “Bu bölgədə çoxları ilə yaxşı əlaqələrimiz var. Baxaq, atəşi dayandırmağa nail ola bilərikmi? Biz orada baş verənləri diqqətlə araşdırırıq”.

 

Müəllif: Ayna.az      28 Sentyabr 2020 10:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin