Əsas səhifə Haqqımızda Xəbər lenti

Amerikalı cütlük öpüşərkən ölüb - VİDEO

Amerikalı cütlük öpüşərkən ölüb -       VİDEO

Cütlüyün başına gələnlər kameralar tərəfindən saniyə-saniyə qeyd edilib

 

Bu gün Peruda baş verənlər günün ən çox müzakirə olunan hadisəsinə çevrilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Perunun Kuskoda şəhərində 34 yaşlı Espinoz və 36 yaşlı Vidal əylənmək üçün getdikləri gecə klubundan ayrıldıqdan sonra dəhşətli hadisə ilə üzləşiblər.  

 

Cütlük gecə klubundan ayrılandan sonra yaxınlıqdakı Beytləhm körpüsünə gedərək öpüşməyə başlayıb. Bu vaxt cütlük tarazlığını itirərək uçuruma doğru yuvarlanmağa başlayıb.

 

Cütlüyün başına gələnlər kameralar tərəfindən saniyə-saniyə qeyd edilib. Espinoz elə hadisə yerindəcə dünyasını dəyişib. Kəllə-beyin travması alan Vidal isə xəstəxanaya yerləşdirilib, lakin onuun da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, alpinist olduqları deyilən cütlüyün Kuskoya bir müddət əvvəl iş üçün gəldiyi və turistlərə bələdçilik etdiyi deyilir.

Müəllif: Ayna.az      8 Avqust 2019 19:49
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin