Əsas səhifə Haqqımızda Xəbər lenti

Qəzaya uğramış MiQ-29 təyyarəsi ilə bağlı gözlənilən açıqlama verildi

Qəzaya uğramış MiQ-29 təyyarəsi ilə bağlı gözlənilən açıqlama verildi

Məlumata görə, Rusiyanın Xəzər dənizi flotiliyası 2 gündən sonra axtarışa qoşulacaq

 

Rusiyanın Xəzər dənizi flotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.

 

AYNA xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib. 

 

O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.

 

Məlumata görə, Rusiyanın Xəzər dənizi flotiliyası 2 gündən sonra axtarışa qoşulacaq. 

 

Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir. 

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. 

 

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə qəza nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

 

İyulun 31-də Türkiyənin aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub. (Apa.az)

Müəllif: Ayna.az      8 Avqust 2019 18:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin