Əsas səhifə Haqqımızda Xəbər lenti

Murov zirvəsi işğaldan azad olunub

Murov zirvəsi işğaldan azad olunub

Müdafiə Nazirliyi: “Döyüş əməliyyatları davam edir”

 

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildiriblər ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Döyüş əməliyyatları davam edir.

Müəllif: Ayna.az      27 Sentyabr 2020 18:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin