Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda hərbi vəziyyət qərarı verildi

Azərbaycanda hərbi vəziyyət qərarı verildi

Qərar ölkə Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək

 

Bu gün Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilib. AYNA xəbər verir ki, Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.

 

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.

 

İclasda ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib. Qərar ölkə Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək.

 

Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq. Komendant saatı elan edilməsi ilə bağlı vəziyyət Daxili İşlər Nazirliyinə (DİN) həvalə edilib.

Müəllif: Ayna.az      27 Sentyabr 2020 17:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin