Əsas səhifə Haqqımızda Xəbər lenti

“Bir neçə ay davam edəcək müharibəyə hazırlaşmalıyıq” – KUZNETSOV

“Bir neçə ay davam edəcək müharibəyə hazırlaşmalıyıq” –         KUZNETSOV

Rusiyalı politoloq: “Müharibənin müddəti yalnız Azərbaycan Ordusunun uğurundan asılı olacaq”

 

Əgər hər şey həqiqətən ciddidirsə, onda bu müharibə qısamüddətli olmayacaq. Bunu AYNA-ya Qarabağ istiqamətindəki son döyüşlərdən danışan rusiyalı politoloq Oleq Kuznetsov deyib.

 

“Anladığım qədəri ilə Azərbaycanın siyasi və hərbi rəhbərliyi indi qoşunlara və Ermənistanın bütün dövlət-siyasi sisteminə ən ciddi məğlubiyyəti yaşatmaq niyyətindədir, ona görə də indi hər şey döyüş meydanında həll ediləcək. Əgər Azərbaycan ordusu bir-iki gündə Ermənistan ordusunun müdafiəsini qırıb, Qarabağdakı Ağdam kimi bir-iki böyük şəhəri azad edə, Sərsəng Su Anbarına nəzarəti ələ ala bilsə, müharibə uzun müddət davam edəcək - işğal olunmuş torpaqların zəfərlə azad olunmasına qədər. Ancaq müdafiəni yara bilməsələr və ya Azərbaycanın hücum bölmələri döyüş bataqlığında ilişsə, onda döyüş əməliyyatları bir neçə gün, maksimum bir həftə ilə məhdudlaşacaq. Bir daha təkrar edirəm: müharibənin müddəti yalnız Azərbaycan Ordusunun uğurundan asılı olacaq”, - o bildirib.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

Ekspert Rusiyanın son gərginliyə reaksiyasını belə şərh edib: “Bu, özünə və xalqına qayğı göstərən hər bir normal və məsuliyyətli rəhbərlik üçün tamamilə təbii bir reaksiyadır. Heç kim sərhədləri yaxınlığında genişmiqyaslı müharibə etmək istəmir. Hazırda Rusiyada 3 milyon etnik erməninin və 3 milyon etnik azərbaycanlının yaşadığını da nəzərə almaq lazımdır ki, bunlardan da təkcə Moskvada 1,1 milyonu azərbaycanlı, 600 mini isə ermənidir. Bu səbəbdən, Rusiyada, özüm də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsinin Tovuzdakı döyüşlərdən sonra iyul ayında olduğu kimi, indi də tutaq ki, Moskva bölgəsində və ya Şimali Qafqaz bölgələrində əks-səda doğuracağından qorxurlar”.

 

Müsahibimizin sözlərinə görə, indi də Rusiyanın mərkəzi bölgələrindəki Milli Qvardiya və polis bölmələri təcili şəkildə gücləndirilmiş xidmət qaydalarına keçir: “Bu, yalnız milli futbol çempionatının oyunları ilə əlaqəli deyil. Rusiyada heç kim Qarabağ hadisələrini öz ərazilərinə köçürmək istəmir, Rusiyada heç kim buna ehtiyac duymur. Bu səbəbdən Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda yeni bir gərginlik dövrü ilə əlaqədar bu cür açıqlamalar verir. Qeyd edim ki, Ermənistanın hazırkı hakimiyyəti hər zaman öz-özünə yaşayıb və heç vaxt Moskvanın, Kremlin ənənəvi narazılığına səbəb olan mövqeyini əsas tutmayıb. Baş Nazir Paşinyan açıq təhqir olundu, iki ölkə arasındakı siyasi təmaslar və iqtisadi münasibətlər tarixinin ən aşağı səviyyəsinə düşdü. Deməli, indi Ermənistan və ordusu öz təhlükəsi və riski ilə hərəkət edir, Rusiyanın dəstəyi ilə deyil”.

 

Politoloq Ermənistanın, adətən qoşunların təmas xəttindəki vəziyyətlə bağlı yalan danışdığını və bu dəfə də danışacağını qeyd edib: “Bu səbəbdən onlara etibar etməyin mənası yoxdur. Bilirəm ki, Ermənistanda hərbi vəziyyət tətbiq olundu və ümumi bir səfərbərlik elan edildi, ancaq hərbi əməliyyatlar teatrının arealını qiymətləndirsək, bu tədbirlər praktik deyil, təbliğat xarakteri daşıyacaq, çünki altı saat kifayətdir ki, 200-250 kilometrlik bir cəbhədə iki ərazi və əhali cəhətdən kiçik (təbii ki, Rusiya ilə müqayisədə) ölkə genişmiqyaslı bir müharibəyə cəlb edilsin. Əgər hər şey həqiqətən ciddidirsə, onda bu müharibə qısamüddətli olmayacaq və bir neçə ay davam edəcək döyüşlərə hazırlaşmalıyıq”.

Müəllif: Nicat Hacıyev      27 Sentyabr 2020 17:45
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin