İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam etdiriləcək
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AYNA-ya verilən məlumata görə, işlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam etdiriləcək.
Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin