Əsas səhifə Haqqımızda Xəbər lenti

Ordumuz daha bir kəndi işğaldan azad edib - RƏSMİ

Ordumuz daha bir kəndi işğaldan azad edib -     RƏSMİ

Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib

 

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.

 

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Müəllif: Ayna.az      27 Sentyabr 2020 16:16
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin