Əsas səhifə Haqqımızda Xəbər lenti

Baş Nazirin müavini və digər rəsmilər cəbhəboyu yaşayış məntəqələrində olub

Baş Nazirin müavini və digər rəsmilər cəbhəboyu yaşayış məntəqələrində olub

Müvafiq qurumlara konkret tapşırıqlar verilib

 

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz, Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.

 

Bu barədə AYNA-ya Nazirlər Kabinetindən bildirilib. 

 

Hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.

 

Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilib.

 

Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.

Müəllif: Ayna.az      26 Sentyabr 2020 21:27
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin