Əsas səhifə Haqqımızda Xəbər lenti

Müdafiə Nazirliyində yeni təyinat

Müdafiə Nazirliyində yeni təyinat

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub

 

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb. Bu barədə AYNA-ya nazirlikdən məlumat verilib. 

 

Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

 

Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Müəllif: Ayna.az      26 Sentyabr 2020 19:45
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin