Əsas səhifə Haqqımızda Xəbər lenti

Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib

Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib

Baş Nazir: "Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”

 

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sentyabrın 26-da Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.

 

AYNA xəbər verir ki, məktubda deyilir:

 

“Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Müəllif: Ayna.az      26 Sentyabr 2020 18:22
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin