Əsas səhifə Haqqımızda Xəbər lenti

Təcrübəsizliyin hörmətsizlik qarşısındakı farağatı - Qalxın, Lavrov gəlir

Təcrübəsizliyin hörmətsizlik qarşısındakı farağatı -     Qalxın, Lavrov gəlir

Sabiq səfir: “Malayziya Prezidenti ilə görüşə Putin düz 2 saata yaxın gecikmiş və Malayziyanın Prezidenti görüşü ləğv etmişdi”

 

Məlum olduğu kimi, Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 21-də Rusiyada rəsmi səfərdə olub. Xanım Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, sentyabrın 23-də Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Xarici İşlər naziri Sergey Lavrovla görüşlər keçirib.

 

Lakin Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Lavrovun qəbul otağında gözlədilməsi və nazirin otağa girərkən hamının ayağa qalxıb onunla salamlaşması Azərbaycanda birmənalı qəbul edilməyib. Bu, Rusiyanın Azərbaycana qarşı hörmətsizliyi, həmçinin Azərbaycan nümayəndə heyətinin xətası və təcrübəsizliyi kimi qəbul edilib.

Azər Rəşidoğlu: “Komandam jurnalistlər ordusudur…” – Yenicag.Az

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu AYNA-ya şərhində, bu hadisənin ölkə adına rüsvayçılıq olduğunu deyib: “Bizim bir çox siyasətçilər və deputatlar özlərini Rusiya imperiyasının təbəəsi kimi aparırlar. Onlar hələ də anlamayıblar ki, Azərbaycan müstəqil dövlətdir. 20 yanvar faciəsini törədən bir ölkənin qarşısında belə təzim etmək millət adına təhqirdir. Fikir verdinizsə, həmin toplantıda yalnız Mixail Zabelin ayağa qalxmadı, görünür, tək o, nə baş verdiyini anlayırdı, bəlkə də, rus olması ona avantaj mövqe verirdi”.

 

“Ümumiyyətlə, Milli Məclisin hazırkı tərkibi (Sədr başda olmaqla) dövlətçilik təfəkkürü olmayanlardan ibarətdir. Belə parlament təhlükəsizliyimizə təhdiddir. 90-cı illərdə belə parlamentin hansı sürüşkən mövqedə olduğunu görmüşük və bu gün bunun bir daha şahidi oluruq”, - Rəşidoğlu bildirib.

 

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, siyasi şərhçi Hikmət Hacızadə də baş verənləri Rusiya tərəfinin hörmətsizliyi kimi dəyərləndirib: “Çünki Lavrovla görüşə Azərbaycan yox, ABŞ Konqresinin nümayəndələri gəlsəydi, başqa formada qarşılayrdılar. Mən Azərbaycanın Rusiyadakı səfiri olanda da bu cür hadisələrlə qarşılaşmışam. Onlar hər zaman qonaqlarını gözlətməyə və bununla da birinci olduqlarını göstərməyə çalışırlar. Çünki mədəniyyətləri bura qədərdir. Əslində isə, kimliyindən asılı olmayaraq, qonağı hörmətlə qarşılamaq lazımdır. Amma onlarda əksinədir”.

Hikmət Hacızadə 4 iyun qiyamı haqqında danışdı:

“Yeri gəlmişkən, bu cür davranışlara Rusiya Prezidenti Vladimir Putində də rast gəlmək olar. Çünki Putin də beynəlxalq görüşlərə gedəndə həmişə gecikir. Hətta, bir dəfə Malayziyada bununla bağlı skandal da olmuşdu. Belə ki, Malayziya Prezidenti ilə görüşə Putin düz 2 saata yaxın gecikmiş və Malayziyanın Prezidenti görüşü ləğv etmişdi. Lakin Putin və komandası and-aman edəndən sonra görüş bərpa edilmişdi. Yəni, onların xarakteri budur və qarşısındakına yuxarıdan aşağı baxmaq onların iqtidarına xas bir əlamətdir”, - Hacızadə vurğulayıb.

 

Sabiq səfir Azərbaycan nümayəndə heyətinin Lavrov otağa daxil olarkən ayağa qalxmasını isə adi hal kimi dəyərləndirib: “Bu, normal bir haldır. Əgər otağa adam gəlirsə, ayağa qalxmaq lazımdır. Bu, bizim mədəniyyətimiz və insanpərvərliyimizdən irəli gəlir. Bunun əksi Rusiya iqtidarına xasdır. Qarşısındakıları alçaldaraq zəif olduğunu xatırlatmaq istəyirlər”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da AYNA-ya açıqlamasında hadisənin xoşagəlməz olduğunu deyib: “Hətta, mən hər dəfə Rusiyaya rəsmi səfərlər ediləndə, Azərbaycanda rusdilli məktəblərin çox olması haqqında geniş fikirlərin müzakirə edilməsinin də tərəfdarı deyiləm. Bu, doğru yanaşma deyil. Sözügedən tədbirdə də belə səhvlər olub. Mən eyni zamanda, məsələlərin çox da şişirdilməməsinin tərəfdarıyam. Önəmli olan qapalı görüş haqqında məlumatın yayılması idi və biz Lavrovun Paşinyan, Qarabağ münaqişəsinin həlli barədə nə düşündüyünə bələd olduq”.

Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi” -  modern.az

“Düzdür, sonradan bunu təkzib etdilər, amma xəbər artıq yayılmışdı. Düşünürəm ki, Azərbaycan Parlamentinin Sədri də doğru edib bu məlumatı yaymışdı. Sonradan Milli Məclisin saytından da bu xəbər götürüldü, amma artıq xəbər yayılıb, müzakirə edilmişdi. Ki, bu da bizim üçün vacib idi. O ki, qaldı görüşdə gözlədilmələr və ayağa qaxlmalara, əlbəttə ki, bunlar doğru deyil və heç kim bizə ağalıq edə bilməz”, - Şahinoğlu qeyd edib.

 

Bununla yanaşı, müsahibimiz Azərbaycan nümayəndə heyətinin Lavrov otağa daxil olarkən ayağa qalxmasının təcrübəsizlik olduğunu düşünür: “Çünki Sahibə Qafarova Parlamentin yeni sədridir. Ola bilsin ki, müəyyən təcrübəsizlik özünü biruzə verib. Ümumiyyətlə, qonağı gözlətmək rusların adətidir. Hətta, Rusiya Prezidenti Vladimir Putin də bəzən həmkarlarını qəbul otaqlarında gözlətdirir. Lakin həmin liderlər bunu başa düşsələr də, qəbul otağını tərk etmir və danışıqlar apararaq öz fikirlərini bildirirlər”.

Müəllif: Mərahim Nəsib      27 Sentyabr 2020 10:27
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin