Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiyada qorxunc partlayış, çox sayda ölən və yaralanan var

Rusiyada qorxunc partlayış, çox sayda ölən və yaralanan var

Məlumata görə, partlayış raket qurğusunun sınağı zamanı baş verib

 

Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhərindən 30 kilometr məsafədə yerləşən hərbi hissənin ərazisində güclü partlayış baş verib.

 

AYNA xəbər verir ki, hadisə zamanı, azı 2 nəfər həyatını itirib, 15-ə qədər yaralı var.

 

Dərhal əraziyə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib. Məlumata görə, partlayış raket qurğusunun sınağı zamanı baş verib. 

 

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, partlayış nəticəsində əraziyə və atmosferə zərərli maddələr yayılmayıb. Həmçinin radiasiyanın da normal səviyyədə olduğu qeyd olunub.

 

Hadisənin səbəbləri barədə isə dəqiq məlumat yoxdur.

 

Qeyd edək ki, üç gün əvvəl Krasnoyarsk vilayətində yerləşən Açinsk şəhərindəki hərbi hissədə də güclü partlayışlar baş vermişdi. Artilleriya silahlarının saxlanıldığı anbarda qeydə alınan partlayışlardan sonra güclü yanğın başlamışdı. Hadisə nəticəsində bir nəfər həyatını itirmişdi. 

Müəllif: Ayna.az      8 Avqust 2019 15:43
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin