Əsas səhifə Haqqımızda Xəbər lenti

“Beş rayon məsələsi yeni deyil, 90-larda başlayıb” – DEPUTAT

“Beş rayon məsələsi yeni deyil, 90-larda başlayıb” –       DEPUTAT

Erkin Qədirli: “Bizim üçün 5 rayon söhbətinin qəbulolunmazlığı həm də ondadır ki…”

 

“Beş rayon məsələsi yeni deyil, 90-larda başlayıb. Bütün bu illər ərzində bizim hökumət buna razılığını verməyib, doğru da edib. Yalnız bir dəfə, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən sonra Prezident İlham Əliyev "5 rayon indi, 2 rayon 5 ildən sonra" düsturunu səsləndirib, amma onun çox dar və çoxdan bitmiş bir konteksti vardı - Rusiyaya ilə Ermənistan arasında quru yolun açılması. Çünki Gürcüstan öz ərazisində belə bir yolu bağlamışdı”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın yanaşmasını şərh edərkən deyib.

Erkin Qədirli: "Heç kəsin ağır yarası yox idi"

Millət vəkilinin sözlərinə görə, təklif belə olub ki, Rusiya 5 rayonu bizə qaytarır, biz də Rusiya üçün Ermənistana gedən dəmir yolunu açırıq: “Amma Rusiya, bəli, məhz Rusiya bununla razılaşmadı. Vikiliksdə bununla bağlı bir məlumat da vardı. Həmin məlumata görə, ABŞ Dövlət Katibinin yardımçısı ilə söhbətində İlham Əliyev Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedevi yaxşı “danışıqaparan” adlandırıb, amma onun heç nəyi həll etmədiyini də deyib. Ondan sonra bu söhbət bağlandı”.

 

“Bizim üçün 5 rayon söhbətinin qəbulolunmazlığı həm də ondadır ki, onun içində Rusiya əsgərlərinin sülhməramlı adı altında ərazimizə gəlməsi var. Bizim hökumət bununla razılaşmayıb, çünki, başqa şeylərlə yanaşı, Gürcüstanın yanlışından dərs alıb. Gürcüstan Şevarnadzenin dönəmində Abxaziyada və Cənubi Osetiyada Rusiya "sülhməramlılarının" yerləşdirilməsinə razılığını vermişdi. Sonrasını özünüz də bilirsiniz”, - deyə deputat vurğulanıb.

Müəllif: Ayna.az      25 Sentyabr 2020 12:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin