Əsas səhifə Haqqımızda Xəbər lenti

Britaniyada rekord göstərici

Britaniyada rekord göstərici

İndiyədək Britaniyada 416 minə yaxın insan koronavirusa yoluxub

 

Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 6 634 nəfər artıb.

 

 AYNA xarici mətbuata istinadən bildirir ki, son 24 saat ərzində ölkədə 40 nəfər COVID-19-un qurbanı olub. Müqayisə üçün bildirilir ki, daha əvvəlki sutka ərzində 6 178 nəfərdə koronavirus aşkarlanmış, 37 nəfər bu virusun qurbanı olmuşdu. Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 416 minə yaxın insan koronavirusa yoluxub, 42 minə yaxın xəstə isə vəfat edib.

 

Daha əvvəl Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkədə koronavirus pandemiyasının ikinci dalğasının başladığını elan etmişdi.

Müəllif: Ayna.az      25 Sentyabr 2020 06:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin