Əsas səhifə Haqqımızda Xəbər lenti

“Karantinin sərtləşəcəyinə inanmıram” - TƏBİB rəsmisi

“Karantinin sərtləşəcəyinə inanmıram” -           TƏBİB rəsmisi

TƏBİB rəsmisi karantin rejimi ilə bağlı danışıb 

 

“Karantinin sərtləşəcəyinə inanmıram”. 

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində deyib:

 

“Gələcəkdə karantin şərtlərinin sərtləşəcəyinə inanmıram. Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirləri həmişə görür. Belə davam etsə, insanlarımız da qorunma tədbirlərinə əməl etsə, mən heç də inanmıram ki, gələcəkdə hər hansı bir sərtləşdirici karantin tədbirləri olsun. Amma ola bilər ki, yoluxmaların sayında artım olsun. Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik. 

 

Biz artıq bir neçə ay bundan qabaq pik vəziyyətini keçmişik. O pik vəziyyətindən sonra əhalinin müəyyən qrupu xəstələndi, xəstələndikdən sonra sağaldılar. Bundan sonra immunitet yarandı. İmmunitet yaratmış şəxslər də artıq epidemiyanın yayılmasına çox böyük maneçilik törədirlər”.

Müəllif: Ayna.az      25 Sentyabr 2020 03:26
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin