Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda öldürülən şəxs İldırımzadənin qaynı deyilmiş... - RƏSMİ AÇIQLAMA

Bakıda öldürülən şəxs İldırımzadənin qaynı deyilmiş... -     RƏSMİ AÇIQLAMA

Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi xəbəri təkzib edilib

 

Baş Prokurorluq Nərimanov rayonunda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

 

Qurumdan AYNA-ya daxil olan məlumatda bildirilir ki, öldürülən şəxsin Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

 

"Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".

Müəllif: Ayna.az      24 Sentyabr 2020 23:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin