Əsas səhifə Haqqımızda Xəbər lenti

Xarici dil imtahanlarında yenilik olacaq - RƏSMİ

Xarici dil imtahanlarında yenilik olacaq -     RƏSMİ

Məleykə Abbaszadə: “Hələlik biz bunu həyata keçirə bilməyəcəyik”

 

“Bu il buraxılış imtahanı zamanı Azərbaycan dili - Dövlət dili imtanında dinləyib-anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik”. AYNA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Abbaszadə deyib ki, gələn il üçün buraxılış imtahanında xarici dildən danışma qabiliyyətinin yoxlanılması nəzərdə tutulub: “Hələlik biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır”.

 

O qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var: “Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8i-c siniflərdə də monitorinq imtahanları keçirə bilmədik”.

Müəllif: Ayna.az      24 Sentyabr 2020 17:55
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin