Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda koronavirusa yoluxma sayı artıb

Azərbaycanda koronavirusa yoluxma sayı artıb

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 37255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1850 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7618, hazırkı dövrədək isə1080873 test aparılıb.

Müəllif: Ayna.az      24 Sentyabr 2020 15:47
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin