Əsas səhifə Haqqımızda Xəbər lenti

Oğurluğa görə tutulan şəxsin digər cinayətləri üzə çıxıb

Oğurluğa görə tutulan şəxsin digər cinayətləri üzə çıxıb

Faktlarla bağlı təhqiqat aparılır

 

Bakının Suraxanı rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş E.Şahbazovla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

 

Əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 evdən 340 manat məbləğində pul, gümüş əşyalar, elektrik təmir alətləri, məişət əşyaları, samovar, 19 ədəd elektrik açarı, kombi aparatı, 50 metr uzunluğunda elektrik naqili, iki mağazadan pul, ərzaq məhsulları, parfümeriya, tütün məmulatı, bəzək əşyaları oğurlaması da müəyyənləşdirilib. Faktlarla bağlı təhqiqat aparılır. 

Müəllif: Ayna.az      24 Sentyabr 2020 14:22
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin