Əsas səhifə Haqqımızda Xəbər lenti

“Like” yığmaq üçün axmaqlıq etdi, ölümdən döndü

“Like” yığmaq üçün axmaqlıq etdi, ölümdən döndü

Qadın güclü müalicələrdən 2 gün sonra özünə gəlib

 

ABŞ-da yaşayan bir qadın sosial şəbəkədəki hesabında “like” yığmaq və foto müsabiqəsində qalib gəlmək üçün ağlasığmaz addım atıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, gənc qadın üzünə zəhərli asminok yapışdırıb. Şəkil çəkdirəndən sonra isə asminoku üzündən qopara bilməyib. Hadisə yerində vəziyyəti ağırlaşan qadın zəhərləndiyini anlayıb.

 

Xəstəxanaya aparılan qadını görən həkimlər belə bir hadisənin ilk dəfə baş verdiyini bildiriblər.

“Like almak” için yaptığı ahmaklık hastanelik etti

Qadın güclü müalicələrdən 2 gün sonra özünə gəlib və açıqlama verib: “Bir foto müsabiqəsi üçün şəkil çəkdirdim. Ancaq asminok iki dəfə məni sancdı. Dəhşətli ağrı verirdi, çox çətinliklə üzümdən qopara bildim. Üzümdən qan axırdı”.

 

Qadın hələ də müalicəsinin davam etdiyini deyib: “Üç fərqli antibiotik qəbul edirəm, üzüm hələ də ağrıyır. Həkimlər ağrının aylarla davam edə biləcəyini söyləyirlər. Bu hadisədən sonra dərs aldım, bir də belə şey etməyəcəm”.

Müəllif: Ayna.az      8 Avqust 2019 13:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin