Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda tarixi abidələrin üzərində quraşdırılmış reklamlar sökülüb

Bakıda tarixi abidələrin üzərində quraşdırılmış reklamlar sökülüb

RİH: “Qaydalara uyğun quraşdırılmayan reklam lövhələri şəhərimizin estetik görkəminə kölgə salır”

 

Bakının Səbail rayonunda tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri davam edir. Bu barədə AYNA-ya Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, Səbail rayonunun mərkəzi hissəsində XIX və XX əsrin tarixi binaları və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən intensiv şəkildə davam edir.

 

Tarixi binalar və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmayan və heç bir qaydaya riayət etməyən işıqlı reklamların qoyulmasının, konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin, daşların korlanmasının qarşısı qətiyyətlə alınır: “Qeyd etmək istəyirik ki, qaydalara uyğun quraşdırılmayan reklam lövhələri şəhərimizin estetik görkəminə kölgə salır”.

 

“Bildiririk ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.3 maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yerləşdirilə bilər”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az      24 Sentyabr 2020 12:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin