Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

Maliyyə Nazirliyi sanksiyalarla bağlı məlumat yayıb 

 

ABŞ rəhbərliyi Amerikadakı seçkilərə müdaxilə, informasiya texnologiyaları sahəsindəki fəaliyyəti və Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, məhdudiyyətlər, həmçinin Rusiya Federasiyasından olan altı fiziki və iki hüquqi şəxsə qarşı da tətbiq olunub.

 

“Bugünkü tədbirlər rusiyalı sahibkar Yevgeni Priqojinin Mərkəzi Afrika Respublikasındakı fəaliyyətində, Federal Təhlükəsizlik Xidmətinin fəaliyyətini asanlaşdırmaq və ya ABŞ sanksiyalarında yayındırmaq məqsədi daşıyan fəaliyyətlərdə birbaşa iştirak etdiyinə görə səkkiz fiziki şəxsə və yeddi təşkilata qarşı yönəldilib”, - deyə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.

Müəllif: Ayna.az      23 Sentyabr 2020 23:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin