Əsas səhifə Haqqımızda Xəbər lenti

Cəlilabadda binanın beton paneli aşıb – VİDEO

Cəlilabadda binanın beton paneli aşıb –     VİDEO

Hadisəyə səbəb son vaxtlar yağan leysan yağışlar göstərilir

 

Cəlilabadda yaşayış binasının girişi üzərindəki beton panel aşıb. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Azərbaycan küçəsi, A30 ünvanında yerləşən 32 ailəlik binada baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə bölməsinin qəza xilas-etmə qrupunun əməkdaşları cəlb edilib. Görülən tədbirlər nəticəsində binanın giriş hissəsindəki süni maneə aradan qaldırılıb.

 

Sakinlərin bildirdiyinə görə, son iki gün ərzində yağan leysan yağışlar binanın giriş hissəsindəki beton panelin aşmasına səbəb olub.

 

Qeyd edək ki, yaşayış binası 1989-cu ildə istifadəyə verilib. 

Müəllif: Ayna.az      22 Sentyabr 2020 15:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin