Əsas səhifə Haqqımızda Xəbər lenti

Evdən elektrik naqili və su mühərrikləri oğurlandı

Evdən elektrik naqili və su mühərrikləri oğurlandı

Saatlı rayon sakini yaxalanıb

 

Paytaxtın Nərimanov və Binəqədi rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, sentyabrın 18-nə keçən gecə Binəqədi rayonunun Goradil bağlar sahəsindəki evlərin birindən 4495 manat dəyərində elektrik naqili və 2 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Ş.Əhmədov rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

 

Sentyabrın 12-də Bakı şəhər sakini T.Nadirovanın içərisində 690 manat və 2 ədəd bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Nəcəfov isə Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Müəllif: Ayna.az      20 Sentyabr 2020 03:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin