Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənilər yeni müharibəyə hazırlaşırlar” - PREZİDENT

“Ermənilər yeni müharibəyə hazırlaşırlar” -       PREZİDENT

İlham Əliyev: “Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. AYNA-nın xəbərinə görə, dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

 

Prezident bildirib ki, Ermənistan aqressiv dövlətdir: “Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

 

“Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”, - deyə ölkə başçısı vurğulayıb.

Müəllif: Ayna.az      19 Sentyabr 2020 19:15
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin