Əsas səhifə Haqqımızda Xəbər lenti

Oğuzda heyvanlar kütləvi zəhərlənib

Oğuzda heyvanlar kütləvi zəhərlənib

Baytar mütəxəssisləri təsərrüfata baxış keçiriblər

 

Oğuz rayonu Tərkeş kəndində heyvanların tələf olması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə (AXA) müraciət daxil olub.  AYNA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, AXA-nın nümayəndələri operativ reaksiya verərək hadisə baş verən təsərrüfatda olub, baytar mütəxəssisləri təsərrüfata baxış keçiriblər.

 

Ölmüş heyvanların daxili orqanlarından və möhtəviyyatından, ərazidəki ot bitkilərindən nümunələr götürələrək Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına göndərilib. Heyvanlara ilkin baytarlıq yardımından sonra zəhərlənmənin qarşısı alınıb. Təsərrüfat sahiblərinə heyvanların saxlanılması və bəslənilməsinə dair tövsiyələr verilib.

 

Hazırda zəhərlənmiş heyvanların müalicəsi davam etdirilir. Təsərrüfatda vəziyyəti nəzarətdə saxlamaq üçün yerli baytar mütəxəssislər müvafiq tapşırıqlar alıblar.

Müəllif: Ayna.az      19 Sentyabr 2020 15:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin