Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ Suriyada əsgərlərinin sayını artırır

ABŞ Suriyada əsgərlərinin sayını artırır

Səlahiyyətlilər 100 əsgərin ölkənin şimal-şərqinə göndərildiyini açıqlayıb

 

Suriyada Rusiya ilə gərginlik artdıqca, ABŞ bölgəyə daha çox əsgər göndərir. AYNA xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər altı zirehli texnika və 100 əsgərin ölkənin şimal-şərqinə göndərildiyini açıqlayıb.

 

Mətbuatda yayılan xəbərlərə görə, son vaxtlarda ərazidə keşik çəkən Rusiya və ABŞ əsgərləri arasında gərginlik daha da kəskinləşmişdi.

 

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Bill Urban Küveytdən göndərilən hərbi maşınlarla yanaşı, tezliklə bölgədə bir radar qurulacağını və bununla da ABŞ hərbi patrullarını müşayiət edən döyüş təyyarələrinin sıxlığını artıracağını söyləyib.

 

“ABŞ Suriyadakı hər hansı bir millətə qarşı mübarizə aparmaq istəmir, ancaq lazım gələrsə koalisiya qüvvələrini müdafiə edəcək”, - deyə Urban qeyd edib.

Müəllif: Ayna.az      19 Sentyabr 2020 14:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin