Əsas səhifə Haqqımızda Xəbər lenti

Fransa Prezidentindən Türkiyəyə açıq mesaj: “Gəlin irəliləyək”

Fransa Prezidentindən Türkiyəyə açıq mesaj: “Gəlin irəliləyək”

Emmanuel Makron: “Yenidən yaxşı niyyətli və məsuliyyətli bir dialoq açaq”

 

Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə açıq mesaj göndərdiklərini bildirib. AYNA xəbər verir ki, Makron “Twitter” hesabında rəsmi Ankaranı Şərqi Aralıq dənizindəki böhranın həlli üçün dialoqa çağırıb. Fransa lideri fikirlərini Türk dilində qeyd edib.

 

“Türkiyəyə açıq bir mesaj göndərdik - yenidən yaxşı niyyətli və məsuliyyətli bir dialoq açaq. Bu çağırış indi Avropa Parlamentinin də çağırışıdır. Görünür, bu da eşidilib. Gəlin irəliləyək”, - deyə Makrov bildirib.

 

Qeyd edək ki, ötən günlərdə Fransanın Korsika adasında İtaliya, Malta, Portuqaliya, İspaniya, Yunanıstan və Cənubi Kiprə ev sahibliyi edərək bir növ Türkiyəyə qarşı kiçik Zirvə görüşü təşkil edərək “Avropalılar olaraq Ərdoğana qarşı sərt və güclü olmalıyıq”, demişdi.

 

Makron Avropa Birliyinin ortaq bir qərarı və mövqeyinin lazım olduğunu söyləyib. “Bölgədəki hər hansı bir gərginlikdən uzaq durmağa çalışırıq, ancaq Türkiyənin məqsəd və istəklərini aydınlaşdırmalıyıq. Avropanın Türkiyəyə qarşı birlik içində daha dəqiq bir mövqe nümayiş etdirməyi lazımdır”, - deyə bildirmişdi.

Müəllif: Ayna.az      19 Sentyabr 2020 12:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin