Əsas səhifə Haqqımızda Xəbər lenti

Parlamentdə səhiyyə ilə bağlı dinləmələr keçiriləcək

Parlamentdə səhiyyə ilə bağlı dinləmələr keçiriləcək

Milli Məclisin payız sessiyasında tibblə əlaqəli iki qanun müzakirə olunacaq

 

“İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarılacaq. Milli Məclisin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, bu barədə Səhiyyə komitəsinin iclasında komitə sədri Ə.Əmiraslanov məlumat verib.

 

Deputat bildirib ki, həmçinin komitədə koronavirus, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək.

 

“Həmçinin müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq”,- deyə komitə sədri bildirib.

 

O, Azərbaycanda koronavirusla mübarizənin effekt verdiyindən də danışıb. Bildirib ki, ölkədə ən müasir avadanlıqlarla təchiz olunmuş 47 pandemiya xəstəxanası fəaliyyət göstərir.

 

Deputat qeyd edib ki, yoluxanlarla müqayisədə virusdan sağalanların sayında, test aparılmasında, itkilərin azlığında,  ölkə üzrə səhiyyə müəssisələrindəki çarpayı sayında Azərbaycanın göstəriciləri çox yaxşıdır: “Operativ Qərargahın fəaliyyəti də səmərəli nəticələrini verir”.  

Müəllif: Ayna.az      18 Sentyabr 2020 16:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin