Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda son sutkada 119 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 119 nəfər COVID-19-a yoluxub

İki nəfər koronavirusdan ölüb, 140 sağalan var

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7601, ötən müddət ərzində isə ümumilikdə 1 035 286 test aparılıb.

Müəllif: Ayna.az      17 Sentyabr 2020 17:06
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin